Ordu.az xəbər verir ki, bu barədə “Politico” doqquz avropalı diplomat, məmur, qanunverici və ekspertə istinadən məlumat yayıb.
Yekdillik prinsipi əsas maneə olaraq qalır: bir ölkə istənilən qərarın qəbulunu bloklaya bilər. Nəşrin məlumatına görə, məhz bu prinsip Kiyevə 90 milyard avro kredit ayrılmasına, Qərb sahilində məskunlaşanlara qarşı sanksiyaların tətbiqinə və Rusiyaya qarşı tədbirlərə mane olub. Almaniya və İsveç veto hüququnun məhdudlaşdırılmasına və ya tam ləğvinə çalışan ölkələr qrupuna rəhbərlik edir.
Almaniyanın xarici işlər naziri Yohann Vadeful şənbə günü bildirib ki, xarici və təhlükəsizlik siyasətində yekdillik prinsipi mövcud qanunvericilik dövrünün sonuna qədər ləğv olunmalıdır. İsveçin baş naziri Ulf Kristersson da qeyd edib ki, kvalifikasiya edilmiş çoxluqla səsverməyə keçid məsələsi liderlərin gündəminə “yenidən qayıdacaq”.
“Politico” qeyd edir ki, Macarıstan xüsusilə narahatlıq doğurur, çünki aprelin 12-də keçiriləcək seçkilərə bir həftədən az vaxt qalıb və Budapeşt dəfələrlə mühüm qərarların qəbulunu ləngidib. Diplomatlar xəbərdarlıq edir ki, hətta Orban hakimiyyəti itirsə belə, sistemli problem qalacaq.
İslahatın əleyhdarları. Yəni Fransa, Belçika və bir sıra kiçik ölkələr veto hüququnun qorunub saxlanmalı olduğunu bildirirlər. Belçikanın baş naziri Bart de Vever xəbərdarlıq edib ki, yekdilliyin ləğvi ilə bağlı müzakirələr “real problemlərə çatmağın ən qısa yolu” olacaq.
Sevinc Əliyeva
Ordu.az