Avropa Komissiyası İran müharibəsi səbəbindən Aİ-yə terrorçu sızması riski barədə xəbərdarlıq edir

2025/10/1759499569.jpg
Oxunub: 331     15:22     07 Aprel 2026    
İranda müharibə Avropa İttifaqına terrorçu sızması üçün ciddi risklər yaradır, həyati əhəmiyyətli infrastrukturların həssaslığını artırır və yəhudi icmalarının təhlükəsizliyini təhdid edir.

Ordu.az “Euractiv” nəşrinə istinadən xəbər verir ki, bu barədə Aİ-nin daxili işlər və miqrasiya məsələləri üzrə komissarı Maqnus Brunner xüsusi məktubla Aİ-nin bütün 27 ölkəsinin daxili işlər nazirlərinə xəbərdarlıq edib.

Brunner milli hökumətləri enerji və maliyyə infrastrukturlarının qorunmasına xüsusi diqqət yetirməyə və Aİ-yə giriş-çıxış üçün yeni biometrik qeydiyyat sistemində “təhlükəsizlik boşluqları” olmamasını təmin etməyə çağırıb. Komissar həmçinin qeyd edib ki, müharibə səbəbindən bu günə qədər miqrasiya axınlarında artım qeydə alınmayıb.

“Hamımız münaqişənin tez bir zamanda həll olunmasına ümid etsək də, bütün mümkün ssenarilərə hazır olmalıyıq”, - deyə “Euractiv” onun sözlərini sitat gətirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avropa-Komissiyası   İran  


Bizi "telegram"da izləyin