AFP: Bəhreyn BMT-nin Hörmüz boğazı ilə bağlı qətnamə layihəsini yumşaldıb, güc tətbiqi barədə bəndi çıxarıb

2026/04/1775483560.jpg
Oxunub: 394     15:12     07 Aprel 2026    
Bəhreyn BMT Təhlükəsizlik Şurasının Hörmüz boğazı ilə bağlı qətnamə layihəsindən gəmiçiliyi təmin etmək üçün mümkün güc tətbiqi haqqında bəndi çıxarıb.

Ordu.az xəbər verir ki, bu barədə AFP sənədin yekun mətninə istinadən məlumat yayıb.

Əvvəlcə Bəhreyn, Fars körfəzi ölkələri və ABŞ-nin dəstəyi ilə boğazı açmaq üçün istənilən dövlətə güc tətbiq etmək hüququ verən qətnamə təklif etmişdi. Lakin Rusiya, Çin və Fransa bu qətnaməyə qarşı çıxmışdı. Nəticədə mətn yumşaldılıb. Yeni mətndə “müdafiə səylərinin koordinasiyasına” çağırış edilir və bu səylərin “şəraitə mütənasib” olması, həmçinin “gəmiçilik təhlükəsizliyinin təşviqinə” yönəlməsi tələb olunur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bəhreyn   BMT   Hörmüz  


Bizi "telegram"da izləyin