SEPAH ABŞ-nin Səudiyyə Ərəbistandakı şirkətlərinə hava hücumları edib

2026/03/1774674495.jpg
Oxunub: 355     14:47     07 Aprel 2026    
İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) ABŞ-nin Səudiyyə Ərəbistanındakı şirkətlərinə raket və kamikadze dronları ilə hücumlar edib.

Ordu.az-ın məlumatına görə, bununla əlaqədar İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) məlumat yayıb.

Məlumata görə, “Doğru Vəd 4” əməliyyatının 99-cu mərhələsində SEPAH orta mənzilli raketlər, Kruz raketləri və kamikazde dronlarından istifadə edərək ABŞ-nin Səudiyyə Ərəbistanındakı “Sadara”, “Exxon Mobile” və “Dow Chemical” və “Chevron Phillips” şirkətlərinə hücumlar təşkil edib.

SEPAH bildirir ki, BƏƏ limanında İsrailə məxsus konteyner daşıyan gəmiyə raket hücumu həyata keçirilib.

Qeyd olunur ki, ABŞ-yə məxsus “CVN 72” təyyarədaşıyan gəmi uzaqmənzilli “Kruz” raketləri ilə atəşə tutulub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: SEPAH   ABŞ  


Bizi "telegram"da izləyin