Pentaqon İranda hədəflərin siyahısını genişləndirir, enerji obyektləri də daxil edilir

2025/10/1759853339.jpg
Oxunub: 496     14:14     07 Aprel 2026    
ABŞ hərbi planlaşdırıcıları İranda zərbələr üçün nəzərdə tutulan obyektlərin siyahısını yenidən nəzərdən keçirirlər. Həm hərbçiləri, həm də mülki əhalini yanacaq və elektrik enerjisi ilə təmin edən enerji infrastrukturu da nəzərdən keçirilir.

Ordu.az xəbər verir ki, bu barədə “Politico” Pentaqon nümayəndələrinə istinadən xəbər verir.

Rəsmilərin sözlərinə görə, belə obyektlərin “ikiqat təyinatlı” olması onları qanuni hədəfə çevirir, lakin Pentaqon daxilində bu yanaşmanın əsaslılığı ilə bağlı mübahisələr gedir.

Nəşr qeyd edir ki, hədəflərin yenidən nəzərdən keçirilməsi həm də mümkün hərbi cinayət ittihamlarından yayınmaq üçün “dolayı yol” ola bilər.

Siyahının genişləndirilməsinin səbəbi Ağ Evin artan narazılığıdır: İran hərbi obyektlərə beş həftədir fasiləsiz endirilən aviazərbələrə baxmayaraq təslim olmaqdan imtina edir. İndiyədək ABŞ və İsrailin hərbi kampaniyası əsasən ölkənin enerji təchizatı sistemini hədəfə almamışdı. Qurum daxilində müzakirələr həm də hərbi və mülki hədəflər arasında sərhədin harada keçməsi məsələsinə aiddir. Xüsusilə də su təmizləmə qurğularının yalnız hərbçilərin də sudan istifadə etməsi səbəbilə qanuni hədəf sayılıb-sayılmayacağı müzakirə olunur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pentaqon   İran  


Bizi "telegram"da izləyin