Qətər mayeləşdirilmiş qaz daşıyan tankerlər Hörmüz boğazını keçmək cəhdindən imtina edib

2026/04/1775483560.jpg
Oxunub: 398     14:08     07 Aprel 2026    
Qətərə məxsus “Al-Daien” və “Raşida” adlı iki mayeləşdirilmiş qaz daşıyan tanker aprelin 6-da başladığı Hörmüz boğazından keçmək cəhdini dayandırıb.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Tankerlər fevralın sonunda, hərbi əməliyyatların başlanmasından az əvvəl yüklənmişdi və bazar ertəsi səhər boğazın şərq çıxışına (Oman sahilləri istiqamətində) doğru hərəkət etmişdi. Lakin İsrail vaxtı ilə səhər saat 11 radələrində onlar geri dönməyə məcbur olub.

Son günlər boğazdan orta hesabla 5-7 gəmi keçir. Blokadanın başlanmasından bəri boğazdan keçən gəmilərin demək olar ki, dörddə üçü İrana və ya onun “kölgə donanmasına” məxsusdur.

Keçid icazəsi alan qeyri-iran gəmilərinin əksəriyyəti Çinlə bağlıdır.

Hindistan və Pakistanın ayrı-ayrı tankerlərinə də konkret danışıqlar nəticəsində boğazdan keçməyə icazə verilib. Cümə axşamı Fransanın CMA CGM qrupuna məxsus konteyner gəmisi fevralın sonunda başlayan Yaxın Şərq münaqişəsindən bəri boğazdan keçən ilk Qərb gəmisi olub. Cümə günü isə İran hakimiyyəti ilə danışıqlardan sonra Yaponiya bayrağı altında üzən qazdaşıyan gəmi də keçidi uğurla həyata keçirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qətər   Hörmüz  


Bizi "telegram"da izləyin