TASS: Xarq adası yaxınlığında ABŞ-nin kəşfiyyat PUA-sı müşahidə olunub

2024/04/2024--1712049847.jpg
Oxunub: 411     13:41     07 Aprel 2026    
ABŞ-nin “Northrop Grumman MQ-4C Triton” kəşfiyyat pilotsuz uçuş aparatı Fars körfəzinin neytral suları üzərində, bu dəfə isə İranın Xarq adası yaxınlığında müşahidə olunub.

Ordu.az xəbər verir ki, bu barədə TASS-a məlumatlı mənbə bildirib.

“İtaliyanın Siciliya adasında yerləşən Siqonella hərbi bazasından havaya qalxan ABŞ-nin “Northrop Grumman MQ-4C Triton” kəşfiyyat pilotsuz uçuş aparatı Fars körfəzinin neytral suları üzərində, İranın Xarq adası ərazisində müşahidə olunub”, - deyə agentliyin həmsöhbəti bildirib.

Onun sözlərinə görə, pilotsuz uçuş aparatı 14 km-dən artıq hündürlükdə ada üzərindən keçdikdən sonra şimala doğru uçub, daha sonra dönərək geri istiqamətdə hərəkət etməyə başlayıb. “Uçuşları daha əvvəl dəfələrlə Fars və Oman körfəzləri üzərində, o cümlədən İranın Buşehr şəhəri yaxınlığında qeydə alınan aparat artıq bir neçə saatdır ki, havadadır”, - deyə mənbə əlavə edib.

O xatırladıb ki, bu tip pilotsuz uçuş aparatları real vaxt rejimində kəşfiyyat məlumatları təqdim etmək, dəniz və quru üzərində geniş əraziləri müşahidə etmək, həmçinin “Boeing P-8 Poseidon” tipli sualtı qayıqlara qarşı təyyarələrin imkanlarını genişləndirmək qabiliyyətinə malikdir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Xarq   ABŞ   PUA  


Bizi "telegram"da izləyin