İranın qərbində yerləşən Xürrəmabad hava limanına aviazərbələr endirilib

2026/03/1773059855.jpg
Oxunub: 453     13:38     07 Aprel 2026    
ABŞ və İsrail İranın qərbində yerləşən Luristan vilayətinin Xürrəmabad şəhərinin beynəlxalq hava limanına zərbələr endirib.

Ordu.az xəbər verir ki, bu barədə vilayət rəhbərinin müavini məlumat verib.

“Bir neçə dəqiqə əvvəl Xürrəmabad hava limanı “Amerika-sionist düşmənlər”in aviazərbələrinə məruz qalıb”, - deyə rəsminin sözlərini “Mehr” agentliyi sitat gətirir. Ölənlər və dəymiş ziyan barədə hələlik məlumat yoxdur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Xürrəmabad  


Bizi "telegram"da izləyin