Ordu.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Levitt jurnalistlərə bildirib.
“İran hakimiyyəti sabah 20:00-a kimi ( Bakı vaxtı ilə 8 aprel 05:00-a kimi) saziş bağlamlıdır. Əks təqdirdə Prezident Tramp vəd etdiyi kimi onları daş dövrünə qaytaracaq”, - Levitt bildirib.
Bundan əvvəl Ağ Ev rəhbəri İranda bütün elektrik stansiyaları və körpüləri məhv etməklə xəbərdar etmişdi.
Ordu.az