İran Alborz vilayətində aviazərbələr nəticəsində 18 nəfərin öldüyünü bildirib

2026/01/1767987960.jpg
Oxunub: 418     12:50     07 Aprel 2026    
ABŞ və İsrailin İranın şimalındakı Alborz vilayətinə endirdiyi zərbələr nəticəsində azı 18 mülki şəxs həlak olub, daha 24 nəfər yaralanıb.

Ordu.az xəbər verir ki, bu barədə vilayət qubernatorunun müavini Qodrətulla Seyf məlumat verib.

“Hazırda iki azyaşlı uşaq da daxil olmaqla 18 vətəndaşımızın ölümü təsdiqlənib. 24 sakin xəsarət alıb, onlar dərhal tibb müəssisələrinə çatdırılıb və nəzarət altındadır”, - deyə “Fars” agentliyi onun sözlərini sitat gətirib.

Qubernator müavini bildirib ki, qarşı tərəfin bu hərəkətləri cavabsız qalmayacaq və hər belə cinayət yalnız İran xalqının aqressorlara qarşı mübarizədə qətiyyətini daha da möhkəmləndirir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İsrail   İran  


Bizi "telegram"da izləyin