Ordu.az xəbər verir ki, bu barədə “Kyodo” agentliyi hökumət mənbələrinə istinadən məlumat yayıb.
Jurnalist iki ölkənin xarici işlər nazirləri arasında baş tutan telefon danışığından sonra aprelin 6-da azadlığa buraxılıb. Bununla belə, o hələ də İranı tərk edə bilmir və Tehranda qalır. Onun sağlamlıq vəziyyəti yaxşı qiymətləndirilir. Qarşıda ictimai asayişi pozmaq ittihamı üzrə məhkəmə prosesi gözlənilir. Yaponiya hökuməti artıq İran tərəfinə müraciət edərək jurnalistin ölkədən çıxışına icazə verilməsini istəyib.
Bundan əvvəl İranda Yaponiyanın iki vətəndaşı həbs olunmuşdu. Onlardan birincisi artıq azad edilib və Azərbaycan ərazisi vasitəsilə vətəninə qayıdıb.
Sevinc Əliyeva
Ordu.az