ABŞ səfiri vurulmuş F-15E-nin heyətinin xilas edilməsinə göstərilən köməyə görə İsrailə təşəkkür edib

2025/06/1751014108.jpg
Oxunub: 404     12:25     07 Aprel 2026    
İsrailin kəşfiyyat xidməti MOSSAD və İsrail Müdafiə Qüvvələri İran səmasında vurulmuş ABŞ-yə məxsus F-15E qırıcısının iki pilotunun xilas edilməsi əməliyyatında birbaşa iştirak ediblər.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ-nin İsraildəki səfiri Mayk Hakabi bildirib.

“Mən baş nazir Netanyahu ilə görüşdüm və Amerika xalqı adından İranda təyyarəmizin heyətinin xilas edilməsi əməliyyatı zamanı göstərdiyi misilsiz dəstəyə görə ona təşəkkür etdim”, - deyə o, “X” səhifəsində yazıb.

Ötən cümə günü İran ərazisində ikiyerlik F-15E qırıcısı vurulub. Heyətin hər iki üzvü, pilot və naviqator-operator katapult etməyə və əlaqə yaratmağa nail olub. Pilot bir neçə saat ərzində xilas edilib, lakin naviqatorun axtarışları bir gündən çox davam edib. Onun xilas edilməsi əməliyyatı aprelin 4-də başlayıb, bu müddətdə ABŞ Hərbi Hava Qüvvələrinin qırıcıları həmin rayona doğru hərəkət edən İran qüvvələrinə zərbələr endirib. Xilasetmə əməliyyatı zamanı İran ABŞ-yə məxsus “Black Hawk” helikopterini vurub, heyət yaralansa da, maşın təhlükəli zonadan uzaqlaşa bilib.

“Military Watch Magazine”in məlumatına görə, əməliyyat zamanı ABŞ və İsrail ümumilikdə 11 uçan aparatı itirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: F-15E   ABŞ  


Bizi "telegram"da izləyin