Ordu.az xəbər verir ki, bu barədə “The Times” qəzeti Fars körfəzi ölkələrinin rəhbərliyinə ötürülmüş ABŞ və İsrail kəşfiyyat məlumatlarına istinadən məlumat yayıb.
Onun vəziyyəti ağır qiymətləndirilir. Kəşfiyyat xidmətlərinin məlumatına görə, o, İranı idarə etmək iqtidarında deyil.
Qəzet həmçinin vurğulayır ki, bu, ABŞ-İsrail əməliyyatının başlanmasından bəri Xameneyinin olduğu yerin ilk dəfə açıqlanmasıdır. Güman edilirdi ki, o, hələ fevralın 28-də ilk zərbələr nəticəsində ağır yaralanıb və həmin vaxtdan bəri ictimaiyyət qarşısında çıxış etməyib.
Sevinc Əliyeva
Ordu.az