Ordu.az xəbər verir ki, bu barədə “Financial Times” qəzeti məlumat yayıb.
“Financial Times” qəzetinin məlumatına görə, məsləhətləşmə videokonfrans formatında keçiriləcək.
Qəzetin məlumatına görə, görüşdə hələ mart ayında birgə bəyanatla İrana müraciət etmiş ölkələrin nümayəndələri iştirak edəcəklər. Onlar rəsmi Tehrana “təhdidləri, minaların yerləşdirilməsini, pilotsuz uçuş aparatları və raketlərlə zərbələri, eləcə də ticarət gəmiçiliyi üçün Hörmüz boğazının bağlanması cəhdlərini dərhal dayandırmağa” çağırmışdılar. Təşəbbüsün müəllifləri sırasında ilkin olaraq Birləşmiş Krallıq, İtaliya, Niderland, Fransa, Almaniya və Yaponiyanın liderləri olub. Sonradan onlara 30-dan çox dövlət, o cümlədən bir sıra Avropa ölkələri, Avstraliya, Bəhreyn, Dominikan Respublikası, Kanada, Yeni Zelandiya, Panama, Trinidad və Tobaqo, BƏƏ və Cənubi Koreya qoşulub.
Həmin dövlətlər daha əvvəl artıq Hörmüz boğazının blokadasına həsr olunmuş təhlükəsizlik konfransında iştirak etmişdilər. Əvvəlki dəfə bu görüş xarici işlər nazirləri səviyyəsində keçirilmişdi. Həmin görüş də Britaniya hakimiyyəti tərəfindən təşkil olunmuş və aprelin 2-də məsafədən keçirilmişdi.
Qəzetin məlumatına görə, bu dəfə açılış nitqi ilə yüksək rütbəli britaniyalı hərbçi çıxış edəcək, onlayn görüş isə London yaxınlığında yerləşən “Nortvud” hərbi bazasından əlaqələndiriləcək.
“Financial Times”a danışıqlardan xəbərdar iki anonim rəsmi mənbənin bildirdiyinə görə, dəniz koalisiyasının yaradılması hər bir iştirakçı üçün mövcud hərbi resursların fərqliliyi səbəbindən çətinləşir. Məsələn, məqalədə qeyd olunur ki, bəzi ölkələr mina təmizləyən gəmilər təqdim etməyi təklif etsələr də, onları qorumaq üçün freqatlar ayıra bilmirlər. Rəsmilərin sözlərinə görə, təklif olunan koalisiya NATO missiyası kimi fəaliyyət göstərməyəcək və tərkibində alyansa üzv olmayan ölkələr də olacaq.
Sevinc Əliyeva
Ordu.az