Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Bir neçə süni zəka aşkarlama aləti ilə aparılan yoxlamalar bu şəkillərin sintetik şəkildə yaradıldığını təsdiqləyib.
“Reuters” xəbər agentliyi ABŞ rəsmisinə istinadən bildirib ki, ABŞ-yə məxsus qırıcı təyyarənin İranda vurulmasından sonra ekipaj üzvlərindən biri ABŞ-nin axtarış-xilasetmə əməliyyatı nəticəsində xilas edilib. ABŞ prezidenti Donald Tramp isə daha sonra bildirib ki, ABŞ “düşmən ərazisinin dərinliklərində” itkin düşmüş pilotu ayrıca əməliyyatla xilas edib və onun vəziyyəti yaxşıdır.
İddia 1: ABŞ hərbi təyyarəsinin İran tərəfindən məhv edildiyini göstərən foto
Foto “Bu, supergüc Amerika dövlətinin yerə sərilmiş helikopteridir” başlığı ilə paylaşılıb.
İddia 2: Foto ABŞ qüvvələrinin İran ərazisindən pilotu xilas etdiyini göstərir
Təsdiqlənmiş bir “Facebook” səhifəsi bu fotonu ABŞ-nin “Delta Force” xüsusi təyinatlı qüvvələrinin düşmən İran ərazisindən pilotu xilas etdiyini iddia edən başlıqla paylaşıb.
İddia 3: Foto İran ərazisindən xilas edilmiş ABŞ pilotunu göstərir
Aşkarlanan nəticə: Şəkillər süni zəka ilə yaradılıb
Bütün şəkillər üzrə əks axtarış aparılıb, lakin onlarla əlaqəli etibarlı mənbə tapılmayıb. Daha diqqətli baxış süni zəka ilə yaradılmış görüntülərə xas olan bir sıra uyğunsuzluqları üzə çıxarıb.
Əlavə yoxlama üçün şəkillər süni zəka aşkarlama alətləri ilə test edilib və nəticələr eyni olub.
Foto 1: Helikopterin quyruq hissəsi və hətta kölgəsi qeyri-adi formadadır. Bu əsasda şəkil “Hive Moderation” və “TruthScan” kimi alətlərlə yoxlanılıb və hər ikisi onun süni zəka ilə yaradıldığını göstərib.

Foto 2: Yaxınlaşdırdıqda şəxslərdən birinin ayağının otla birləşdiyi görünür. “Hive Moderation” və “TruthScan” ilə aparılan əlavə testlər də bu görüntünün süni zəka ilə yaradıldığını təsdiqləyib. Bundan əlavə, bəzi əsgərlər heç bir kəndir olmadan helikopterdən uzaqda asılmış kimi görünür.

Foto 3: Yaxından baxdıqda hərbi formadakı emblemin təhrif olunduğu görünür. “Hive Moderation” ilə aparılan test də şəkilddə süni yaradılmış məzmunun olduğunu göstərib.

İddia: Şəkillər ABŞ hərbi təyyarələrinin məhv edildiyini və pilotun İran ərazisindən xilas edildiyini göstərir.
İddianın müəllifi: Sosial şəbəkə istifadəçiləri
Fakt yoxlama: Yanlışdır
Sevinc Əliyeva
Ordu.az