Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Şirkətin verdiyi məlumata görə, sistem 1000 kilometrdən artıq məsafədə hədəfləri vurmaq qabiliyyətini nümayiş etdirib.
PUA saatda 750 kilometr sürətə çata bilir və 300 kiloqram faydalı yük daşıyır.
Aparılan sınaqlar Avropada son on ildə bu mənzil kateqoriyasında hazırlanmış yeni sistemin ilk uğurlu sınağı kimi qeydə alınıb.
“MGI Engineering” bu platformanı ilk dəfə 2025-ci ilin sentyabrında Londonda keçirilən DSEI sərgisində təqdim etmişdi.
Aşağı xərcli qanadlı raket alternativi
Hazırlayıcılar “TigerShark”ı qanadlı raket xüsusiyyətlərinə malik, lakin xeyli daha ucuz sistem kimi təqdim edir.
“Auterion” avtonom sistemi sayəsində PUA GPS və rabitə əlaqəsi olmadan da fəaliyyət göstərə bilir. Dəqiq naviqasiya üçün inersial naviqasiya sistemindən və daxili kompüter dəstəyi ilə relyef uyğunlaşdırma üsulundan istifadə olunur.
TigerShark raket gücləndiricisi vasitəsilə qurudan və ya müxtəlif platformalardan buraxıla bilir. Onun dizaynı hava hücumundan müdafiə sistemlərini aşmaq məqsədilə çoxsaylı PUA sürülərinin eyni vaxtda istifadəsinə imkan verir.
Sevinc Əliyeva
Ordu.az