Ordu.az xəbər verir ki, bu barədə yerli KİV-lər məlumat yayıb.
Yerli KİV-lərin məlumatına görə, Ərbil şəhərinə ardıcıl PUA hücumları həyata keçirilib.
PUA-ların aşkarlanmasından sonra hava hücumundan müdafiə sistemləri işə düşərək 7 PUA-nı məhv edib, hücum nəticəsində heç bir zərər qeydə alınmayıb.
Qeyd olunub ki, Ərbilə hücumlar saat 22:20 ilə 23:00 arasında həyata keçirilib.
Digər tərəfdən, Ərbilin Köysancak rayonunda İranda fəaliyyət göstərən müxalif İran Kürdüstan Demokrat Partiyasının (IKDP) üzvlərinin ailələrinin qaldığı Azadi düşərgəsinə iki dəfə hücum edildiyi, lakin itki olmadığı bildirilib.
Sevinc Əliyeva
Ordu.az