Cənubi Koreyada illik “Hwarang” müdafiə təlimləri başlayıb

2026/04/1775500137.jpg
Oxunub: 405     22:25     06 Aprel 2026    
Cənubi Koreya inteqrasiya olunmuş müdafiə qabiliyyətini artırmaq məqsədilə polis və yanğınsöndürmə xidmətlərinin də iştirak etdiyi illik “Hwarang” müdafiə təlimlərinə başlayıb.

Ordu.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Cənubi Koreya Baş Qərargahının açıqlamasında bildirilib ki, hökumət, polis və yanğınsöndürmə bölmələri ilə koordinasiya şəraitində keçirilən illik “Hwarang” təlimlərinin ilk mərhələsi ölkənin cənub-şərqində yerləşən Dequ şəhəri və Şimali Qyeonqsanq vilayətində başlayıb.

Açıqlamada qeyd olunub ki, təlimlər həmin bölgələrdə beş gün davam edəcək və digər bölgələrdə noyabr ayına qədər tamamlanacaq.

Həmçinin bildirilib ki, bu ilki təlimlərdə enerji obyektləri və digər kritik infrastrukturlara qarşı pilotsuz uçuş aparatı hücumları kimi müxtəlif fövqəladə vəziyyət ssenarilərinə diqqət yetiriləcək.

Qurumlar arasında inteqrasiya olunmuş müdafiə hazırlığını qiymətləndirmək məqsədilə 1977-ci ildə başlanan Hwarang təlimləri hər bölgəyə xas ssenariləri əhatə edir və aylarla davam edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cənubi-Koreya   Təlim  


Bizi "telegram"da izləyin