Ordu.az xəbər verir ki, bu barədə İranın ali rəhbəri Müctəba Xameneyi bildirib.
“General Məcid Xademi (İslam İnqilabı Keşikçiləri Korpusunun öldürülmüş kəşfiyyat rəhbəri), onilliklər ərzində ölkənin müdafiəsində iştirak edib və şəhid olmaq şərəfinə nail olub. Onun öldürülməsi İran silahlı qüvvələrinin dayanıqlığını sarsıtmayacaq”, - deyə Xameneyi vurğulayıb.
Daha əvvəl məlum olmuşdu ki, ABŞ və İsrail qüvvələrinin zərbəsi nəticəsində İranın İslam İnqilabı Keşikçiləri Korpusunun kəşfiyyat rəisi Məcid Xademi öldürülüb.
Sevinc Əliyeva
Ordu.az