Ordu.az xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.
“Mənalı şəkildə desək, İranda raketlərin yığılması prosesi gedir. Raket şəhərlərimizdən yalnız birində İsrailin açıqladığından üç dəfə çox raket var”, - deyə mənbə qeyd edib.
Mənbə bildirib ki, İran 12 günlük məcburi müharibə zamanı qiymətli təcrübə qazanıb.
“Əvvəlki müharibədə zərər görmüş bir çox raket istehsalı mərkəzləri əvvəldən yeraltına köçürülüb. İran 40 ildən artıqdır ki, raket istehsal edir və raketlərin və buraxılış qurğularının istehsalı ilə bağlı problemlərlə üzləşmir. Əvvəlki müharibənin təcrübəsi buraxılış qurğularının ehtiyatlarını və istehsal həcmlərini də dəyişib.
Aylarla davam edən şiddətli bombardmanlardan sonra İsrail “Hizbullah”ı raket istehsalı və saxlanması imkanından məhrum edə bilmədi. Bəs İranın malik olduğu miqyasda raket istehsalını necə dayandıra bilər?”, - deyə mənbə bildirib.
Sevinc Əliyeva
Ordu.az