Ərdoğan: “Türkiyə növbədənkənar seçkilər planlaşdırmır, heç kim bizə öz gündəliyini diktə edə bilməz”

2026/04/1775497677.jpg
Oxunub: 431     21:46     06 Aprel 2026    
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, heç kim Ankaraya öz gündəliyini diktə edə bilməz.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

“Na bizim hökumətimizin, nə də xalqımızın birbaşa siyasi planlarında növbədənkənar və ya aralıq seçkilərin keçirilməsi yoxdur”, - deyə o bildirib.

Türkiyə lideri qeyd edib ki, Hörmüz boğazının bağlanması qlobal iqtisadiyyata ciddi zərbə vurur. “Eyni zamanda, biz enerji təchizatının təhlükəsizliyi, təminatı və ya saxlanması ilə bağlı heç bir problem yaşamırıq”, - deyə o əlavə edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ərdoğan   Türkiyə  


Bizi "telegram"da izləyin