İranın xarici işlər naziri Qətər və Yaponiya həmkarları ilə danışıqlar aparıb

2026/03/1773660373.jpg
Oxunub: 448     21:40     06 Aprel 2026    
İranın xarici işlər naziri Abbas Əraqçi və Qətərin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Əl Tani telefon danışığı aparıb və regional və beynəlxalq son inkişaflar, həmçinin ikitərəfli münasibətlər barədə fikir mübadiləsi ediblər.

Ordu.az xəbər verir ki, Əraqçi həmçinin Yaponiyanın xarici işlər naziri Toşimitsu Motegi ilə danışıb və regional proseslər barədə fikir mübadiləsi aparıb.

əraqçi ABŞ rəsmilərinin İranın enerji infrastrukturuna zərbələr endirilməsi ilə bağlı ritorikasını pisləyib və müharibə cinayətlərinin əsaslandırılmasından, həmçinin bunun region və ümumilikdə beynəlxalq ictimaiyyət üçün nəticələrindən çəkinməyə çağırıb.

O vurğulayıb ki, İran müharibə şəraitində də öz milli suverenliyini və ərazi bütövlüyünü tam şəkildə qorumağa davam edəcək və bütün ölkələrin beynəlxalq sülh və təhlükəsizliyin təmin olunması, eləcə də təcavüzkarların pislənməsi üzrə öhdəliklərini yerinə yetirəcəyini gözləyir.

Yaponiyanın xarici işlər naziri ölkəsinin müharibənin dayandırılması istiqamətində regional və beynəlxalq səylərə dəstəyini ifadə edib.

O, həmçinin İranın bu ölkədə yaşayan Yaponiya vətəndaşlarına yardım göstərilməsi sahəsində əməkdaşlığını yüksək qiymətləndirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əraqçi   İran  


Bizi "telegram"da izləyin