İranın müharibəni dayandırmaq planı hansı maddələri əhatə edir?

2026/04/thumb-1775480339.jpg
Oxunub: 456     20:44     06 Aprel 2026    
İki həftə davam edən yüksək səviyyəli geniş məsləhətləşmələrdən sonra İran ABŞ-nin müharibəni dayandırmaq təklifinə dair rəsmi cavabını Pakistana təqdim edib.

Ordu.az xəbər verir ki, bu barədə İranın IRNA agentliyi məlumat yayıb.

İranın cavabı on maddədən ibarətdir. Əvvəlki təcrübəyə əsaslanaraq Tehran müvəqqəti atəşkəsi rədd edib və İran İslam Respublikasının əsas şərtlərinin qorunması ilə müharibənin tam və qəti şəkildə dayandırılmasının zəruriliyini vurğulayıb.

Təklif olunan plan aşağıdakıları əhatə edir:

Regionda hərbi əməliyyatların tam dayandırılması.

Hörmüz boğazında təhlükəsiz gəmiçilik qaydalarının müəyyən edilməsi.

Müharibədən sonrakı bərpa ilə bağlı məsələlər.

Sanksiyaların tam şəkildə ləğvi.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Müharibə  


Bizi "telegram"da izləyin