İranda agentlərin saxlanılması davam edir

2026/03/1774248068.jpg
Oxunub: 433     19:31     06 Aprel 2026    
Xüsusilə, Həmədanda amerikalı və israilli 23 agentin əmlakı müsadirə edilib.

Ordu.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

23 nəfərin şəxsiyyətinin müəyyənləşdirilməsi və əmlaklarının müsadirə edilməsi ilə bağlı göstərişlər verilib, cinayət işləri başlanıb.

Həmçinin, Qərbi Azərbaycanda 17 agent saxlanılıb. Onlar ABŞ-də yerləşən kəşfiyyat əməkdaşına ölkənin bir neçə müdafiə obyektləri, eləcə də hərbi və hüquq-mühafizə orqanlarının yerləşdiyi məntəqələr barədə məlumat ötürürdülər. Onların bəziləri separatçı terrorçu qruplaşmaların və İŞİD-in üzvləri olub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Agent  


Bizi "telegram"da izləyin