Ordu.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Eyni zamanda, İranın gəlirləri 37%, Omanın isə 26% artıb. Səudiyyə Ərəbistanının neft ixracından əldə etdiyi gəlirlər 4,3% artdığı halda, Birləşmiş Ərəb Əmirliklərinin gəlirləri 2,6% azalıb.
Hörmüz boğazının bağlanması və bunun ardınca neftin dünya qiymətlərinin kəskin artması İran, Oman və Səudiyyə Ərəbistanına əhəmiyyətli maliyyə faydası gətirib. Alternativ tədarük marşrutları olmayan dövlətlər isə milyardlarla dollar itirib.
Fevralın sonlarında ABŞ və İsrailin zərbələrindən sonra İran faktiki olaraq Hörmüz boğazını bağlayıb. Dünyada neft və qazın təxminən beşdə biri məhz bu boğazdan keçir.
Boğaz İranın nəzarəti altında olsa da, Oman, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri öz boru kəmərləri və digər limanlardan istifadə etməklə onu yan keçə bilirlər.
İraq, Küveyt və Qətərin nefti isə mühasirəyə düşüb, çünki bu ölkələrin beynəlxalq bazara çıxmaq üçün alternativ yolları yoxdur.
Sevinc Əliyeva
Ordu.az