TUSAŞ-ın baş direktoru Mehmet Demiroğlu yenidən SSI-nin sədri seçilib

2026/04/1775483846.jpg
Oxunub: 489     17:52     06 Aprel 2026    
“Türkiyə Aviasiya və Kosmik Sənaye Şirkəti”nin (TUSAŞ) baş direktoru Mehmet Demiroğlu Müdafiə və Aviasiya Sənayesi İxracatçıları Birliyinin (SSI) 2026-cı il üzrə növbəti ümumi qurultayında yenidən sədr seçilib.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Demiroğlu sosial media hesabında etdiyi paylaşımda bildirib ki, SSI-nin 2026-cı il üzrə növbəti ümumi qurultay iclası Prezident Administrasiyasının Müdafiə Sənayesi Başqanı Haluk Görgünün iştirakı ilə keçirilib.

Mehmet Demiroğlu qeyd edib ki, iclasda sektorun mövcud vəziyyəti, gələcək hədəfləri və ixracyönlü əməkdaşlıqların istiqamətləri geniş şəkildə müzakirə olunub.

Demiroğlu ümumi qurultay çərçivəsində keçirilən seçkiyə də toxunaraq, birlik üzvlərinin səsi ilə yenidən sədr vəzifəsinə seçildiyinə görə təşəkkürünü bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: TUSAŞ   Demiroğlu  


Bizi "telegram"da izləyin