“Bloomberg”: Hörmüz boğazından keçid müharibə başlayandan etibarən ən yüksək səviyyəyə çatıb

2026/04/1775483560.jpg
Oxunub: 434     17:50     06 Aprel 2026    
Hörmüz boğazından keçən gəmilərin sayı müharibə başlayandan bəri ən yüksək göstəriciyə çatıb. Aprelin 4-5-də 22 gəmi boğazdan keçib, çünki getdikcə daha çox ölkə İranla razılaşmalar bağlayır.

Ordu.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, İran gəmiləri hələ də üstünlük təşkil edir. Aprelin 5-də boğazdan İraq nefti daşıyan ilk tanker keçib. Bu hadisə İranın “qardaş İraq” üçün istisna edəcəyini bildirməsindən sonra baş verib. Hindistan mayeləşdirilmiş qaz daşıyan səkkiz tankeri boğazdan keçirib. Ötən həftə boğazdan Çinlə əlaqəli konteyner gəmiləri və Yaponiya bayrağı altında üzən iki gəmi də keçib.

İran əleyhinə ABŞ və İsrail hərbi əməliyyatları başlamazdan əvvəl boğazın keçid qabiliyyəti gündəlik 135 gəmi səviyyəsində idi.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hörmüz   Müharibə  


Bizi "telegram"da izləyin