Ordu.az xəbər verir ki, hava hücumundan müdafiə sistemləri hədəfləri məhv etmək üçün fəaliyyət göstərir.
“Əhaliyə göstərişlərə əməl etməyi tövsiyə edirik, çünki bu, həyatları xilas edir”, - deyə İsrail Müdafiə Qüvvələrindən bildirilib.
İsrail KİV-ləri xəbər verir ki, raketin qalıqları və ya döyüş başlığı Bney Brak rayonuna düşüb. İlkin məlumatlara görə, xəsarət alanlar var.
Qalıqlar həmçinin Ramat Qan və Petah Tikva rayonlarına, eləcə də “Ramon” beynəlxalq hava limanının yaxınlığında yerləşən Beer Ora yaşayış məntəqəsinə düşüb.
Sevinc Əliyeva
Ordu.az