İran Silahlı Qüvvələri bildirib ki, rəhbərlik lazım bildiyi müddətcə müharibə aparmağa hazırdır

2026/04/1775482185.jpg
Oxunub: 479     17:25     06 Aprel 2026    
İran Silahlı Qüvvələrinin hərbçiləri ölkənin siyasi rəhbərliyi lazım hesab etdiyi müddətcə döyüşməyə hazırdır.

Ordu.az xəbər verir ki, bu barədə İslam Respublikasının ordusunun nümayəndəsi Məhəmməd Əkrəminiyan bildirib.

“Döyüş əməliyyatlarının aparılması üsulu elə qurulub ki, uzunmüddətli perspektivdə müharibə aparmaq mümkün olsun. Silahlı qüvvələr bu yolu ölkənin siyasi rəhbərliyi lazım bildiyi müddətcə davam etdirməyə hazırdır”, - deyə onun sözlərini İranın “Fars” agentliyi sitat gətirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Müharibə  


Bizi "telegram"da izləyin