Ordu.az xəbər verir ki, bu barədə TASS-a Türkiyə Xarici İşlər Nazirliyindəki mənbə məlumat verib.
“Fidan Əraqçi ilə müharibənin gedişini və digər hadisələri müzakirə edib”, - deyə nazirlikdən bildirilib.
Türkiyənin xarici işlər naziri son vaxtlar iranlı həmkarı ilə bir neçə dəfə danışıqlar aparıb.
Fevralın 28-də ABŞ və İsrail İranla müharibəyə başlayıb. İranın iri şəhərlərinə, o cümlədən Tehrana zərbələr endirilib. İslam İnqilabı Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab əməliyyatı başladıldığını elan edib. Küveyt, Bəhreyn, İordaniya, İraq, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanında yerləşən ABŞ hərbi obyektlərinə də zərbələr endirilib.
***
Türkiyə xarici işlər naziri Hakan Fidan iranlı həmkarı Abbas Əraqçi ilə telefon danışığı aparıb.
Ordu.az xəbər verir ki, bu barədə "Haber Global" Türkiyə XİN-dəki diplomatik mənbələrə əsasən məlumat yayıb.
Nazirlər bölgədəki son vəziyyəti və müharibənin gedişatını müzakirə ediblər.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.
Sevinc Əliyeva
Ordu.az