“Tasnim”: İranda neft-kimya sənayesinin yardımçı müəssisələri hücuma məruz qalıb

2026/04/thumb-1775480339.jpg
Oxunub: 475     16:58     06 Aprel 2026    
Cənubi Pars kompleksində neft-kimya istehsalı ABŞ və İsrailin hücumlarından zərər görməyib, zərbələr yardımçı müəssisələrə dəyib.

Ordu.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Məlumata görə, əsas zərər neft-kimya müəssisələrini su, elektrik və oksigenlə təmin edən iki şirkətə, “Mobin” və “Damavand” şirkətlərinə dəyib. Bildirilir ki, bu müəssisələr tam bərpa olunana qədər Əsəluye bölgəsindəki bütün neft-kimya zavodları fəaliyyətini dayandıracaq.

Bundan əvvəl İranın “Fars” agentliyi Cənubi Pars neft-qaz yatağında yerləşən neft-kimya zavoduna hücum edildiyini bildirmişdi.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ   İsrail  


Bizi "telegram"da izləyin