Ordu.az xəbər verir ki, bu radiostansiya həm də “Qiyamət günü radiosu” (Doomsday Radio) kimi tanınır.
Müvafiq siqnallar bazar ertəsi Moskva vaxtı ilə saat 14:15-də qeydə alınıb. Bu barədə onun fəaliyyətini izləyən “УВБ-76 logs” Telegram kanalı məlumat yayıb. Radiostansiya “Goth” və “Bludonatr” siqnallarını ötürüb.
УВБ-76 1970-ci illərdə yaradılmış hərbi radiostansiyadır və əsasən qısa uğultu siqnalı yayır. Buna görə də bəzən “Buzzer” adlandırılır.
Sevinc Əliyeva
Ordu.az