Ordu.az xəbər verir ki, bu barədə “NBC News” mənbələrə istinadən məlumat yayıb.
Telekanalın məlumatına görə, hətta ikinci pilotun tapılmasından və təxliyəsindən əvvəl MKİ saxta media sızmaları təşkil edib və qırıcının heyət üzvünün artıq xilas edildiyini iddia edib. Kəşfiyyat qurumunun məqsədi amerikalılar öz xilasetmə əməliyyatını həyata keçirərkən İranın axtarış-xilasetmə fəaliyyətlərini yayındırmaq olub.
İkiyerlik F-15E qırıcısı aprelin 3-də İran üzərində vurulub. “Axios”un məlumatına görə, heyətin hər iki üzvü, pilot və naviqator katapultdan sonra bir-biri ilə əlaqə saxlaya bilib. Mənbələrin sözlərinə görə, pilot təyyarənin düşməsindən bir neçə saat sonra xilas edilib. Axtarış-xilasetmə əməliyyatı zamanı İran bu əməliyyatda iştirak edən ABŞ-nin “Black Hawk” helikopterlərindən birini vurub. Heyət üzvləri yaralansa da, helikopter qaça bilib.
Naviqatoru/operatordan tapmaq üçün bir gündən çox vaxt tələb olunub. Xilasetmə əməliyyatı aprelin 4-də başlayıb. Eyni zamanda ABŞ Hərbi Hava Qüvvələrinin qırıcıları bölgədə yerləşən İran qüvvələrinə zərbələr endirib ki, ABŞ xüsusi təyinatlı qüvvələri ikinci heyət üzvünü tapmazdan əvvəl onlar buna nail olmasınlar.
Sevinc Əliyeva
Ordu.az