ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-35 qırıcısı İraq hava məkanında qəza siqnalı verib

2026/04/1775112366.jpg
Oxunub: 483     16:48     06 Aprel 2026    
“Flightradar24” məlumatlarına görə, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-35 qırıcısı aprelin 6-da İraq üzərində uçuş zamanı qəza siqnalı verib.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Monitorinq məlumatlarına əsasən, qəza siqnalı verilən zaman təyyarə İraq və Küveyt sərhədi yaxınlığında olub. Qırıcı “Lightning II” beşinci nəsil çoxməqsədli hərbi təyyarədir.

F-35 təyyarəsi yer səthindən təxminən 9 km yüksəklikdə olub. Təyyarə vaxtaşırı uçuş izləmə sistemlərindən itir. Hadisənin detalları hələ məlum deyil.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   F-35  


Bizi "telegram"da izləyin