İran XİN: ABŞ-nin hücumlarına dəstək verən istənilən ölkə məsuliyyətə cəlb olunmalıdır

2025/11/1763890644.jpg
Oxunub: 408     16:39     06 Aprel 2026    
İrana qarşı hücumların həyata keçirilməsində ABŞ-yə dəstək verən istənilən ölkə öz hərəkətlərinə görə məsuliyyətə cəlb olunmalıdır.

Ordu.az xəbər verir ki, bu barədə İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Baqayi bildirib.

“İstənilən ölkə ki, hər hansı şəkildə [İslam Respublikasına qarşı hücumlara] kömək edir və ya iştirak edir, məsuliyyətə cəlb olunmalıdır. Bütün dövlətlər bilməlidir ki, ABŞ-nin həyata keçirdiyi cinayətlərə hər hansı şəkildə dəstək vermək məsuliyyətə gətirib çıxaracaq”, - deyə onun sözlərini İranın “Fars” agentliyi sitat gətirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Baqayi   İran  


Bizi "telegram"da izləyin