Ordu.az xəbər verir ki, bu barədə İranın “Fars” agentliyi məlumat yayıb.
Bundan əvvəl agentlik müəssisə ərazisində bir neçə partlayış səsinin eşidildiyini bildirmişdi.
***
ABŞ və İsrailin İrana qarşı hərbi hava hücumları fonunda İranın cənubunda yerləşən Buşehr vilayətinin Əsəluyə rayonunda Cənubi Pars Xüsusi Enerji İqtisadi Zonasında neft-kimya məhsulları istehsal edən bir sıra müəssisələrə zərbələr endirilib.
Ordu.az-ın məlumatına görə, bu barədə İranın Buşehr vilayəti valisinin müavini Ehsan Cahanian yerli mediaya açıqlamasında deyib.
Onun sözlərinə görə, hazırda müəssisələrə dəyən ziyan araşdırılmaqdadır və indiyə qədər ölüm faktı qeydə alınmayıb.
Sevinc Əliyeva
Ordu.az