Ordu.az xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun mətbuat xidməti məlumat yayıb.
ABŞ ordusunun LHA-7 (USS Tripoli) desant hücum helikopterdaşıyan gəmisi də sürətli və ildırım sürətli zərbələrə məruz qalıb. Bu gəmi 5000-dən çox dənizçi və dəniz piyadasını daşıyırdı. Bundan sonra o, Hind okeanının cənub dərinliklərinə geri çəkilməyə məcbur olub.
İslam İnqilabı Keşikçiləri Korpusu həmçinin İsraillə əlaqəli SDN7 konteyner gəmisinə də zərbələr endirildiyini təsdiqləyib. Bu gəminin vurulması barədə daha əvvəl Fars agentliyi məlumat vermişdi.
Sevinc Əliyeva
Ordu.az