Ordu.az-ın məlumatına görə, bu barədə İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) məlumat yayıb.
Bildirilib ki, “Doğru Vəd 4” əməliyyatının 98-ci mərhələsində Tələvivin şimal və cənubu, Hayfada strateji mərkəzlər, Ber Şevada kimyəvi zavod və şirkətlər, Petax Tıkvada ordunun məkanı ballistik raketlərlə atəşə tutulub.
Məlumatda qeyd olunur ki, İsrailə məxsus "SDN7" konteyner daşıyan gəmi “Kruz” raketi ilə vurulub.
SEPAH bildirir ki, ABŞ ordusunun 5 mindən çox komandosunun olduğu “LHA7” quru-dəniz, helikopter daşıyan gəmisi atəşə tutulub. Nəticədə sözügedən gəmi Hind okeanının cənubuna doğru geri çəkilib.
Ordu.az