Ordu.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Hücumla əlaqədar təhlükə zonasında yerləşən yaşayış məntəqələrində həyəcan siqnalı səsləndirilib.
İlkin məlumata görə, hücumlar nəticəsində xəsarət alan olmayıb.
Neqev rayonunun cənubunda və Livanla sərhəddə yerləşən Qalileya bölgəsində isə əhaliyə dron hücumu ilə əlaqədar xəbərdarlıq olunub.
***
İran növbəti dəfə İsrailə ballistik raketlərlə hücum edib. Bu dəfə İsrailin mərkəzi bölgəsi hədəfə alınıb.
Ordu.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, kaset başlıqlı raketlər Ramat Qan, Qivatayim, Bney Brak və Petah Tikvada dağıntılara səbəb olub.
İranın gecə saatlarında Hayfaya atdığı ballistik raketin yaşayış məntəqəsinə düşməsi nəticəsində dağılmış binanın dağıntıları arasından dördüncü meyit çıxarılıb.
İlk çıxarılan cütlük 80 yaşlarında olan qadın və kiş olub, bir müddət sonra aşkarlanaraq çıxarılan qurbanlar isə 40 yaşlı kişi və 35 yaşlı qadın olub.
Ordu.az