"Müharibə tam gücü ilə davam edəcək" - Netanyahu

2026/03/1773557305.jpg
Oxunub: 399     14:56     06 Aprel 2026    
İrana qarşı müharibə tam gücü ilə davam edəcək.

Ordu.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu İsrail baş nazir Benyamin Netanyahu öz "X" sosial şəbəkə səhifəsində yazıb.

Netanyahu İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) kəşfiyyat xidmətinin rəhbəri, ordu generalı Məcid Xademinin Tehrana səhər saatlarında endirilən hava zərbələrindən biri nəticəsində öldürülməsinə görə ordunu təqdir edib.

O eyni zamanda, SEPAH-ın Qüds Qüvvələrinin 840 saylı hissəsinə başçılıq etmiş Yəzdan Mirin zərərsizləşdirilməsinə görə İsrail Müdafiə Qüvvələrini alqışlayıb. Onun sözlərinə görə Sərdar Bağeri təxəllüsü ilə tanınan iranlı komandan dünyanın müxtəlif bölgələrində yaşayan yəhudilərə edilən hücumlara cavabdeh olub.

“Vətəndaşlarımızı öldürməyə cəhd edən, İsrailə qarşı terroru yönləndirən, İranın şər oxunu quran hər kəs - onların axıdılan qanına görə özləri cavabdehdirlər. Biz güc və qətiyyətlə hərəkət edirik, bizə zərər vermək istəyən hər kəsə çatacağıq,” – baş nazir xəbərdarlıq edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Netanyahu   İsrail  


Bizi "telegram"da izləyin