İran mülki infrastruktur obyektlərinə hücumlar halında ABŞ obyektlərinə zərbələri gücləndirməklə hədələyib

2026/03/1772716761.jpg
Oxunub: 417     14:54     06 Aprel 2026    
İran Silahlı Qüvvələri xəbərdarlıq edib ki, əgər İslam Respublikasının mülki infrastrukturuna qarşı hücumlar davam edərsə, Yaxın Şərqdəki ABŞ hədəflərinə “daha sərt və daha genişmiqyaslı” zərbələr endiriləcək.

Ordu.az xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin “Xatəm əl-Ənbiya” mərkəzi qərargahının nümayəndəsi İbrahim Zülfüqari bildirib.

“Biz lap əvvəldən bəyan etmişdik ki, mülki obyektlərə qarşı istənilən təcavüz düşmənin maraqlarına yönəlmiş sərt cavabla qarşılanacaq. Mülki hədəflərə hücumlar təkrarlanarsa, bizim hücum və cavab əməliyyatlarımızın növbəti mərhələləri çox daha güclü və genişmiqyaslı formada həyata keçiriləcək, belə siyasət davam edərsə, düşmənin zərəri və itkiləri dəfələrlə artacaq”, - deyə o, dövlət televiziyasının efirində bildirib.

Aprelin 5-də ABŞ administrasiyasının rəhbəri Donald Tramp hədələmişdi ki, əgər aprelin 6-dək Hörmüz boğazı açılmasa, İranın enerji və mülki infrastruktur obyektlərinə zərbələr endiriləcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ   İsrail  


Bizi "telegram"da izləyin