İran səfiri ABŞ və İsrailin 80-dən çox ali məktəbə və kitabxanaya zərbələr endirdiyini bildirib

2026/03/1773226504.jpg
Oxunub: 449     14:47     06 Aprel 2026    
Fevralda başlanmış silahlı münaqişənin əvvəlindən indiyədək ABŞ və İsrail İran ərazisində 80-dən çox universiteti, elmi mərkəzi və kitabxananı hədəfə alıb.

Ordu.az xəbər verir ki, bunu İslam Respublikasının Tacikistandakı səfiri Alireza Haqiqiyan Düşənbədə xarici ölkələrin universitetlərinin üçüncü beynəlxalq festival-sərgisinin açılışında çıxış edərkən bildirib.

“Universitetlərin və elmi-tədqiqat mərkəzlərinin hədəfə alınması [İranın] düşmənlərinin anti-humanist mahiyyətini ən yaxşı şəkildə üzə çıxarır. Hərbi əməliyyatların başlanmasından bu günə qədər ABŞ və sionist qüvvələr İranın 30-dan çox universitetinə, bir neçə elmi və tədqiqat mərkəzinə, həmçinin 55 kitabxanaya zərbələr endirib”, - deyə o qeyd edib.

Səfir əlavə edib ki, bu hücumlar nəticəsində tələbələr də həlak olub. Onun sözlərinə görə, bunlar yalnız iranlılara deyil, həm də İranın ali məktəblərində təhsil alan minlərlə digər əcnəbiyə qarşı zərbələr idi.

“Biz bu gün [Düşənbədə] elə şəraitdə toplaşmışıq ki, dünya regionda törədilən hərbi cinayətlərin, eləcə də sabitliyə təhlükə yaradan terror aktlarının şahidi olur. Bunlar yalnız regionun [Yaxın Şərqin] təhlükəsizlik maraqlarına zidd deyil, həm də bütün dünyanı təhlükə altına qoyur”, - deyə Haqiqiyan vurğulayıb. O xatırladıb ki, ABŞ və İsrailin təcavüzü Minab məktəbinə endirilən zərbə ilə başlayıb və bu zərbə nəticəsində 170 uşaq həlak olub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ   İsrail  


Bizi "telegram"da izləyin