Ordu.az "Tasnim" agentliyinə istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai vurğulayıb.
"Bu əməliyyatda çox sayda suallar və qeyri-müəyyənliklər var. Amerikalı pilotun olduğu iddia edilən ərazi onların qoşun yerləşdirmək istədikləri ərazidən çox uzaqdadır. Ola bilsin ki, dezinformasiya əməliyyatı zənginləşdirilmiş uranın oğurlanmasına yönəlib", - o bildirib.
Bu gün daha əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu qeyd edib ki, İran Silahlı Qüvvələri tərəfindən İsfahanda vurulan ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "F-15" hərbi təyyarəsinin pilotlarının xilas edilməsi əməliyyatı İsrailin yardımı ilə baş tutub.
Ordu.az