SEPAH-ın "Həsən əl-Əmmam" diviziyasının artilleriya komandiri öldürülüb

2026/04/1775013379.jpg
Oxunub: 478     13:38     06 Aprel 2026    
İsrail Müdafiə Qüvvələri (IDF) İranın "Həsən əl-Əmmam" diviziyasının artilleriya komandiri Kamal Malhamı öldürüb.

Ordu.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat verib.

Məlumata görə, "Həsən əl-Əmmam" diviziyasının atəşin idarə edilməsinə cavabdeh olan baş qərargahına zərbə endirilməsi nəticəsində artilleriya rəisi Kamal Malham, diviziya komandirinın köməkçisi Yəhya Həsən və bir sıra digər yüksək rütbəli hərbçilər öldürülüb.

İsrail Müdafiə Qüvvələrinin məlumatına əsasən, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqəli olan "Həsən əl-Əmmam" diviziyası "müqavimət oxu"nun möhkəmləndirilməsini təmin edir və İsrail qüvvələrinə və mülki əhaliyə hücumları idarə edir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: SEPAH   İran   İsrail  


Bizi "telegram"da izləyin