NTV: Türkiyə Kubaya kömək üçün üzən elektrik stansiyası göndərib

2026/04/1775467683.jpg
Oxunub: 464     13:27     06 Aprel 2026    
Türkiyənin “Karpowership” şirkəti adanı elektrik enerjisi ilə təmin etmək üçün Kubaya üzən elektrik stansiyası göndərib.

Ordu.az xəbər verir ki, bu barədə NTV telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, “Belgin Sultan” gəmisi artıq Havana limanında lövbər salıb.

ABŞ-nin ölkəyə yanacaq tədarükünə tətbiq etdiyi embarqodan sonra Kubanın elektrik enerjisi sistemi dərin böhranla üzləşib. Bu vəziyyət həm ev təsərrüfatlarına və bizneslərə elektrik enerjisinin verilməsinə, həm də hava limanlarının fəaliyyətinə təsir göstərib. Hava limanlarında aviasiya yanacağının çatışmazlığı yaranıb, bu səbəbdən bir çox şirkətlər adaya uçuşları məhdudlaşdırıb.

Karpowership şirkətinin gəmisi mayeləşdirilmiş qaz və ya dizel yanacağı ilə işləyə bilər. “Belgin Sultan” 76 MVt-a qədər elektrik enerjisi istehsal edə bilir. Türkiyə şirkəti bu cür gəmilərdən və digər platformalardan ibarət geniş donanmaya malikdir. Şirkət Kot-d’İvuar, Qana, Mozambik, Seneqal, Braziliya və Dominikan Respublikası daxil olmaqla bir sıra ölkələrdə elektrik təchizatı xidmətləri göstərir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Kuba  


Bizi "telegram"da izləyin