Ordu.az xəbər verir ki, o, bu barədə parlament dinləmələri zamanı bəyan edib.
“Hazırda [ABŞ və İran] liderləri ilə dialoqun qurulması istiqamətində hazırlıq işləri aparılır. Biz müxtəlif [diplomatik] addımlar atırıq”, - deyə o, Yaponiyanın hökumətinin Yaxın Şərqdə vəziyyətin tənzimlənməsi üçün hansı səylər göstərdiyi barədə deputatların sualını cavablandırarkən bildirib. Takaiçi vurğulayıb ki, ABŞ prezidenti Donald Trampın İranla razılaşma əldə etmək üçün müəyyən etdiyi son tarixdən əvvəl hər iki ölkənin rəhbərləri ilə danışmaq istərdi.
Aprelin 5-də Axios portalına verdiyi müsahibədə Ağ evin rəhbəri İranla aprelin 7-dək razılaşma əldə etmək ehtimalının yüksək olduğunu bildirib. Daha əvvəl isə “Truth Social” platformasında o, İran aprelin 6-dək Hörmüz boğazını açmasa, enerji və mülki infrastruktur obyektlərinə zərbələr endirməklə hədələmişdi.
Sevinc Əliyeva
Ordu.az