İran Küveytə zərbə endirib: ən azı altı nəfər xəsarət alıb

2026/03/1774720924.jpg
Oxunub: 344     13:12     06 Aprel 2026    
İranın Küveytin şimalına hücumu nəticəsində ən azı altı nəfər yaralanıb.

Ordu.az xəbər verir ki, bu barədə "Al Jazeera" Küveyt Səhiyyə Nazirliyinə istinadən məlumat verib.

Məlumata görə, Küveytin şimalındakı yaşayış məhəlləsinə zərbə endirilib.

Öz növbəsində, İslam İnqilabı Keşikçiləri Korpusunun "Xatəm əl-Ənbiya" Mərkəzi Komandanlığının nümayəndəsi İbrahim Zülfüqari bildirib ki, İran Küveytin Bubiyan adasındakı ABŞ hərbçilərinə hücum həyata keçirib.

Onun sözlərinə görə, ABŞ qoşunları bu adaya dəfələrlə İranın zərbələrinə məruz qalan "Arifcan" bazasından köçüb.

Bubiyan adası Küveytin Fars körfəzinin şimal-qərbində yerləşən ən böyük sahilyanı adasıdır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Küveyt  


Bizi "telegram"da izləyin