“Sarsılmaz” yerli məhsulları ilə DSA 2026-da iştirak edəcək

2026/04/1775466114.jpg
Oxunub: 459     12:57     06 Aprel 2026    
Türkiyənin köklü və qabaqcıl silah istehsalçılarından biri olan “Sarsılmaz” 2026-cı il aprelin 20-23-də Malayziyada keçiriləcək DSA 2026 Sərgisində iştirak edəcək.

Ordu.az xəbər verir ki, “yerli və milli” silahlarını beynəlxalq təchizatçılara və iştirakçılara təqdim edəcək şirkət ziyarətçiləri 3500 nömrəli stenddə qəbul edəcək.

“Sarsılmaz” yeni məhsul və layihələrini beynəlxalq təchizatçılara və iştirakçılara təqdim etməklə yanaşı, ölkələrin təhlükəsizlik qurumları və silahlı qüvvə nümayəndələri ilə müxtəlif görüşlər keçirəcək.

İlk dəfə 1988-ci ildə keçirilmiş və iki ildən bir təşkil olunan DSA sərgisi bu il 20-ci dəfə keçiriləcək.

Türkiyə 1996-cı ildən etibarən sərgidə “milli iştirak” təmin edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Sarsılmaz   Türkiyə  


Bizi "telegram"da izləyin