İsrail bildirib ki, Livanda “Hizbullah”ın silahsızlaşdırılmasına çalışır

2024/03/3636f-1710996443.jpg
Oxunub: 389     12:28     06 Aprel 2026    
Livanın cənubunda İsrail ordusunun həyata keçirdiyi əməliyyat şiə “Hizbullah” təşkilatının hərbi dəstələrinin tam silahsızlaşdırılması məqsədi daşıyır.

Ordu.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun Baş Qərargah rəisi, general-leytenant Eyal Zamir bildirib.

“‘Hizbullah’ın silahsızlaşdırılması bizim əsas prioritetimizdir. Bu, yeni məsələ deyil, hazırkı əməliyyat başlamazdan əvvəl də gündəmdə idi və “Aslanın nəriltisi” əməliyyatı məhz bu məqsədə yönəlib. Biz hərbi uğurları siyasi rəhbərliyin addımları ilə birləşdirərək ardıcıl şəkildə irəliləyəcəyik. Hər hansı təhdidi zərərsizləşdirmək üçün hərbçilərimizə tam fəaliyyət azadlığı verəcəyik”, - deyə generalın sözlərini ordunun mətbuat xidməti yayıb.

Mətbuat xidmətinin məlumatına görə, Zamir bu bəyanatı Cənubi Livan sərhədi yaxınlığında yerləşən ərazilərdən birində İsrail qoşunlarının dislokasiya olunduğu məntəqədə keçirilən operativ müşavirədən sonra verib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hizbullah   İsrail   Livan  


Bizi "telegram"da izləyin