İran Silahlı Qüvvələrinin Baş Qərargahı xəbərdarlıq edib ki, İslam Respublikasında mülki obyektlərə hücumlara görə düşmənə qarşı İran ordusunun cavab zərbələri ikiqat daha güclü olacaq.
Ordu.az xəbər verir ki, bu barədə İran KİV-ləri məlumat yayıb.
“İstənilən mülki hədəfə hücum İran İslam Respublikasının ordusu tərəfindən ikiqat cavabla qarşılanacaq”, - deyə İran Silahlı Qüvvələrinin Baş Qərargahının bəyanatında bildirilir.
Sevinc Əliyeva
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
İran
ABŞ
İsrail